Bu dünyanı güzgü bildi,
Iməkləyib tozun sildi.
Məhəbbətim körpə öldü,
Böyüyübən dil açmadı.
Duası yox, alqışı yox
Ürək açan baxışı yox.
Üstündə bir naxışı yox,
Məni qara tül açmadı.
Duyğularım incə idi,
Sevgi hissi öncə idi.
Tumurcuqdu, qönçə idi
Arzularım gül açmadı.
Kayıt Tarihi : 28.6.2018 06:42:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!