Qum ilə doludur dərin quyu da,
Əvvəldən naməlum onun huyu da.
Içdiyim səpsərin bulaq suyu da,
Qaynayıb qaynayıb içimdə yanır.
Ürəyim ağrıyır kəmi görəndə,
Sevincə qərq ollam gəmi görəndə.
Sapsarı buğdalı zəmi görəndə,
Gözümün önündə biçin dayanır.
Bəlkə də möhtacam bir mobil zəngə,
Nə qədər danışsa gəlmərəm təngə.
Sevə bilmədiyim qırmızı rəngə,
Hələ almadığım öcüm boyanır.
Deyəsən ceyranı boşa qovladım,
Demədim bir kəlmə Yaşa-ovladım.
Şən, xoşbəxt olanda qoşa övladım,
Sanki böyüyürəm,gücüm oyanır.
Kayıt Tarihi : 28.3.2022 07:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!