Təvəqqim bu, etmə işvə, bir kərə göstər gözünü,
Bu ruhumtək məftun olan qəzəlim səslər gözünü.
Ayna didən, göz bəbəyin, misilsiz bir mücəssəmə,
Seyr edərdim çöhrəmi həp bağlamasan gər gözünü.
Ol şəfəqdir, saçır ziyâ, fər dolur bu zülmətimə,
Sanki, nurla doldurubdur İlah münəvvər gözünü.
Səltənətdir hər tə'birim, misrâmın iqtidârı var,
Yaşamaz vəhşəti si'man, qorur bu ləşkər gözünü.
Bir anda qıydı baxışlar, bu ömrümə qəsd eylədi,
Və bu qətlin səbəbindən gözləyir məhşər gözünü.
Üsyânımla qalxmışam mən göyün sirli cahânına,
Xilaf çıxma, bir də gördün, aldı mələklər gözünü.
Bunca gözəllik içrə həm möhtəşəmlik imtiyâzım,
Qüsursuzca, tamam-kamal düzübdü zərgər gözünü.
Razısanmı əsrârəngiz ömrü sürüm həsrət ilə?
Qeybə müdâmən gedərəm, görsəm sərâsər gözünü.
Son gəz baxarkən ol müqəddəs mövcudat surətinə,
Min əfsus ki, xâtirâtım etmədi əzbər gözünü.
Kayıt Tarihi : 26.10.2020 01:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Gazel

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!