Gözün toxmu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gözün toxmu


Yenə də yoldadır qəm yüklü qatar,
Kim onun qarşısın saxlayıb tutar.
Sevdiyim insandan vəfa, etibar,
Sədaqət umuram, səncə bu çoxmu?!

Çiskin nə edər ki çənin yanında,
Toxumlar öyünməz dənin yanında.
Ay mənim əzizim. sənin yanında,
Azacıq qədirim, qiymətim yoxmu?!

Həsrətin odunda yandım tək özüm,
Bir daha lışmaz közərən közüm.
Həmizə dövlətə ac olan gözün,
Indi zəifləyib, cörəsən toxmu?!

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu