Gözün aydın,Azə rbaycan
Ustad Şə hriyarın bu taya
Gə lə cə yi xə bə rini eşidə rkə n yazılıb
Fə xr et,gözün aydın Azə rbaycanım!
Güz günü qoynuna ilk bahar gə lir.
Çiçə k sə rgisidir Milim,Muğanım,
Ə llə rdə titrə yə n lalə zar gə lir.
Mə nim varlığımda bir şad xə bə r var.
Desə m,buz içində n göyə rə r bahar.
Gə rə r qanadını qoca qartallar,
Görə rsə n yüz şahin,min şonqar gə lir.
Sığmır yatağına nə Araz,nə Kür.
Xə zə rə qə lbimdə n Xə zə r tökülür.
Ayrılıq sə dlə ri lay – lay sökülür.
Yurdumun yarısı mə nə dar gə lir.
O tayda bit atə ş,bir günə şdi o,
Arazın üstündə n dalğın keçdi o.
Baxdı...gözlə rilə nə hri içdi o.
Sə rhə dlə r,mə ftillə r tarimar gə lir.
Axır dağdan axan sellə rlə birgə ,
Çırpınır çöllə rdə ellə rlə birgə ,
Ana da,oğul da bə xtiyar gə lir.
Bir rə ssam nə qş edib “Heydə rbaba”nı,
Baxmağa çağırır eli,obanı.
Fırçası – kirpiyi,rə ngi – öz qanı,
Ə l boyda şə kildə dünyala gə lir.
Mə nim xə stə anam qalxır yataqdan,
Sə sinə sə s verir quşlar budaqdan.
Sevinci coşğundur çaydan,bulaqdan,
Cansız sinə sinə iqtidar gə lir.
Nə dir ə llə rdə ki,bu lalə ,nə rgiz?
Bu hansı rayihə ,hansı ə tirdi?
O,özü gə lmə di,onu sevgimiz
Canlı maqnit kimi çə kdi,gə tirdi.
Gə lir,gözlə rində sevinc dolu yaş,
Brilyant taclara ə yilmə yə n baş,
Baş ə yir müqə ddə s Azə rbaycana.
Öp o ağ saçları,ey qaya,ey daş!
Bu axşam hamının gözü ondadı.
Sə nə tin ə n böyük sözü ondadı.
Yanar bir ocağın közü ondadır,
Çıxıb od içində n bir qatar gə lir.
“Humayun” üstündə çalacaq özü,
“Segah” odlara salacaq bizi.
Üçcə tel üstündə ana Tə brizi
Dünyaya göstə rə n bir setar gə lir.
O incə tellə rə qurban olum mə n,
Arazım süzülür o pə rdə lə rdə n.
Gözümdə ,könlümdə göz yaşı də n – də n,
Üstümdə gah çiçə k,gah da qar gə lir.
Bu gün sevincimdə n divanə yə m mə n,
Zə rgə r gə lib çıxıb,dürdanə yə m mə n,
Gör hansı işığa pə rvanə yə m mə n,
Fikrimə az qala nağıllar gə lir.
Bir az gecikmisə n,möhtə rə m ustad!
Vahid çox gözlə di,görmə di,heyhat,
Mə n elə bilirə m:bura bu saat
Sökülüb tökülə n bir mə zar gə lir.
Döndü gülüstana fə xri xiyaban.
Cabbarlı,Üzeyir,Vurğun yanbayan.
Və tə n milyon – milyon işıqlarla yan!
Hə r iki sahili işıqlandıran
Qə lbimiz dünyaya mə şə ldar gə lir.
Mə tin ə qidə li,mə rd etiqadlı,
Tə rlan arzuları,Tə briz qanadlı,
Koroğlu qılınclı,Babə k inadlı,
Savalan köküslü sə nə tkar gə lir.
Can atır çayları Kürlə şdirmə yə ,
Xırda duyğuları irilə şdirmə yə .
Quzeyi Güneylə birlə şdirmə yə
Fə xr elə ,ey Və tə n,Şə hriyar gə lir.
Kayıt Tarihi : 31.5.2007 23:00:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!