Yerdən göyə hərb körpüsü salınsın,
Tezlik ilə torpaq geri alınsın.
Qarabağda zəfər marşı çalınsın,
Fərəh dolu şeir yazım yenə mən.
Deyəm-”Gozün aydın olsun,ay Vətən”.
Batmasın bir damla şəhid qanı da,
Onlardır vətənin şöhrət-şanı da.
Gözlərik həsrətlə gözəl anı da,
Qovuşaq o doğma yurda yenidən,
Deyəm-”Gozün aydın olsun,ay Vətən”.
Yox dünyada diyarımın bənzəri,
Üstümüzdə olsun Allah nəzəri.
Seyr eyləyək gur işıqlı Xəzəri,
Üstünü almasın daha duman,çən.
Deyəm-”Gozün aydın olsun,ay Vətən”.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!