Heç sadiq olmadı sənə cavanlıq,
Qayıt, dön nə olar lap bircə anlıq.
Bu dünya gözümdə zülmət, qaranlıq
Qayıt, gözlərimin işığı, qayıt.
Yatmış xatirəni yuxudan ayılt.
Isti yay günün sərin havası,
Yaralı qəlbimin dərman-davası.
Heç vaxt boş qalmasın insan yuvası,
Qayıt, gözlərimin işığı, qayıt.
Yatmış xatirəni yuxudan ayılt.
Gör neçə müddətdir sənə həsrətəm,
Özüm özlüyümdə dərdəm, möhnətəm.
Mən tuncdan tökülmüş saf məhəbbətəm,
Qayıt, gözlərimin işığı, qayıt.
Yatmış xatirəni yuxudan ayılt.
28/12/2012
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!