Gözümden düşenleri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gözümden düşenleri

Bizi zaman qarğıyıb,
Vermir aman,qarğıyıb.
Tale yaman qarğıyıb
Gözümdən düşənləri.

Illər tez-tez adlayar,
Ötənləri yadlayar.
Tanrı bir gün odlayar,
Közümdən düşənləri.

Dərddən çıxa bildimi,
Dişin sıxa bildimi.
Fələk yığa bildimi
Dözümdən düşənləri.

Qəmi kəmənd etməyin,
Kədəri qənd etməyin.
Siz bircə bənd etməyin,
Sözümdən düşənləri.

Su töksən quyu dolmaz,
Cənnətin gülü solmaz.
Geri qayratmaq olmaz,
Özündən düşənləri.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu