Gözü açılar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Gözü açılar

İncidir hər acı kəlməsi ilə,
Dərdimi danışıb gülməsi ilə.
Allahım, gecənin gəlməsi ilə,
Mənim qəhərimin közü açılar.

Xəbəri yox imiş şəcərəsindən,
Ölümün bu qədər əcələsindən.
İşıqlı dünyamın pəncərəsindən,
Doğma şəhərimin özü açılar.

Bir azca boşalt sən qara kəməndi,
Onsuz da bu dünya həmən-həməndi.
Baxır ki dörd yanı yaşıl çəməndi,
Bəyaz kəhərimin gözü açılar.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!