Səninlə son dəfə görüşən zaman,
Nələri kəşf etdim, nələri.Aman.
Istilik axtardım, üşüdüm yaman,
Elə bil yağıbdır qar gözlərində.
Günəş nur əvəzi nəm saçır nədən,
Vüsalın al gülü kəm aşır nədən.
Fərəh yaxın gəlir, həm qaçır nədən
Deyəsən gizlənib xar gözlərində.
Qədimdən qədimdir sevginin yaşı,
Məni anlayamaz hər bədbəxt naşı.
Ayrılıq yükünü çiynində daşı,
Hicranın kədəri var gözlərində.
Qaranlıq səmada ildırım çaxır,
Yeri də, göyü də yandırıb yaxır.
Gülərdi əvvəllər, somsoyuq baxır,
Deyən məskən salıb mar gözlərində.
Həsrətdən əriyib gözümün yağı,
Seçə də bilmirəm qaranı-ağı.
Heyf, çox tez keçdi cavanlıq çağı,
Nələr oxuyardım yar, gözlərindən.
25.01.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/gozlerinde-64.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!