Buludlar göz yaşı tökdü bir anda.
Gsəma sinəsini sökdü bir anda.
Qəfildən qaranlıq çökdü bir anda,
Günü zülmət etdi gecə gözlərin.
Dərələr dolaşır düzlər içində,
Xoş duyğu arayır üzlər içində.
Sevdiyin taparmı yüzlər içində.
Almayır dünyanı vecə gözlərin.
Görəndə olurdum mən həmişə şad,
Bilmirəm heç nədən olduq indi yad.
Dayanıb qarşımda amansız cəllad,
Qəsdimə durubdur necə gözlərin.
Səndən utanardı qaragöz ceyran,
Olardı hüsnünə maral da heyran.
İnan ki kəsərdim mən dəvə qurban,
Kaş ki günahımdan keçə gözlərin.
Uca dağ olmaylr heç zaman qarsız.
Qayalar bomboşdur tərlansız,sarsız
Bircə arzum vardır ay etibarsız,
Yaxşını yamandan seçə gözlərin.
Kayıt Tarihi : 6.4.2025 08:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!