Neçəsini söz əyibdir,
Neçəsini közəyibdir.
Necə gözəl bəzəyibdir,
Məhəbbətin hörüyünü.
Görüş yerin pusub keçir,
Bomboş görcək susub keçir.
Kim güclüdür, basıb keçir,
Həsrətinin körüyünü.
Dərd suyundan içir, Allah,
Qəm zəmisin biçir, Allah.
Necə asta keçir, Allah
Ayrılığın kömrüyünü.
Özgə oda yanacaqdır,
Məni düşmən sanacaqdır.
Asanlıqla danacaqdır,
Gözlərimin gördüyünü.
Kayıt Tarihi : 29.8.2021 08:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!