Gülüm, mavi bulud kimi,
Yağış yağar gözlərimdən.
Ən sonuncu ümid kimi,
Şimşək çaxar gözlərimdən.
Dar gündə şeir yaraq olar,
Qəm çölündə oraq olar,
Sənsiz bir cüt bulaq olar,
Qan, su axar gözlərimdən.
Şərbət olar bal yerinə,
Ləkə üzdə xal yerinə.
Görürsən, vüsal yerinə,
Hicran baxar gözlərimdən.
Kayıt Tarihi : 30.6.2018 17:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!