Gözlerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Gözlerim

Küskün-küskün nə baxırsan,
Hey çəkirsən yol, gözlərim.
Çaylar kimi nə axırsan,
Bulud kimi dol, gözlərim.

Acı sözlə deyişmə heç,
Rəqib gözlə döyüşmə heç.
Odu közlə dəyişmə heç,
Özün kimi ol, gözlərim.

Mavi səma uca,əngin
Könül varlı, xəyal zəngin.
Azalmasın yaşıl rəngin,
Nurun olsun bol, gözlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu