Səhvini başa düş, suç eyləmə gəl.
Ömrümü-günümü puç eyləmə gəl.
Yanan ocağıma su çiləmə gəl.
Dadın-tamın qalıb bulaqlarımda.
Əzizim, taleyin hökmüylə barış.
Yaxşılıq etməkçün dostlarla yarış.
Gəz ata yurdunu, gəz qarış-qarış,
Sönməz odun vardır bucaqlarında.
Qara tut ağacı xəyala dalıb,
Yolunu deyəsən keçmişdən salıb.
Qəlbinin istsi köksündə qalıb,
Əlinin izləri budaqlarında.
Gözünə alagöz pərin görünür,
Sevgi fəlsəfəsi dərin görünür.
Bilirsən, necə də yerin görünür,
Mənim həyatımın bu çağlarında.
Deyən xatirələr yaşatmır səni,
Ağrısı-acısı üşütmür səni.
Çoxdandır nəğməni eşitmir sənin,
Gözləri yoldadır bu dağlarn da.
Kayıt Tarihi : 7.1.2023 11:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!