Gözleri giryan, necesen Şiiri - Sevinc A ...

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Gözleri giryan, necesen

Məcnuna bax,şükürlüsən,
Danışma hədyan, necəsən.
Derlər yaman fikirlisən,
Çəkirsən qəlyan, necəsən.

Hicran deyən kiriyibdir,
Evi artıq çürüyübdür.
Dörd tərəfi bürüyübdür,
Atəşi-büryan, necəsən.

Bu ayrlıq zəli olub,
Hicranın sağ əli olub.
Həsrətimdən dəli olub,
Gözləri giryan, necəsən.

Qara duman düzə çöküb,
Həqiqət göz yaşı töküb.
Xatirələr qoşun çəkib,
Edirlər tüğyan, necəsən.

Halım sənə əyan idi,
Dost-tanışa bəyan idi.
Nə vaxtsa mən bir yan idim,
Dünya da bir yan, necəsən?

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!