Ildırımın işığında
Tufanlara yol aldıq.
Gözəlliyin aşqindən,
Bükülməyən qol aldıq.
Aşiq-məşuq davasında
Kim uddu, kim uduzdu.
Könül Yallı havasında,
Oynar.Sanki ulduzdu.
Bu ulduzun qanadını
Nə vaxsa qıracaqlar.
Yaddan çıxarar adını,
Köksündən vuracaqlar.
Sevəcəksən boyu bəstə,
Rəngi əsmər olanı.
Eşq salacaq səni xəstə,
Ay gözləri dolanım.
Nə verəcək sevgi sənə,
Nə alacaq.Qoy deyim.
Düşəcəksən duman-çənə,
Dərd göstərər boy, deyim.
15.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!