Gözelim qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gözelim qezel


Gecələr sübhə kimi yatmayıram,dünya bilir,
Səni mən tək saf ürəkdən sevən olmaz,gözəlim.
Duruban başım üstdə ilham pərim,gözüm silir,
Həsrəti-ayrılıqdan gözlərim dolmaz,gözəlim?!

Özü tək alışdırıb odlara çatmasa məni,
Şəklimi rəsm edərək qəlbinə yapmasa məni,
Gəzib bu yer üzünü axtarıb tapmasa məni,
Dönübən lal söyüdə telini yolmaz gözəlim?!

Intiqam hissi ölməz düşmənindən öc alsan da,
Özünü ağır apar lap göylərə ucalsan da.
Saçların tökülsə də, üz qırışıb qocalsan da,
Gözünün gözəlliyi heç zaman solmaz,gözəlim.

Yaşadır yaddaşında neçə gözəl anı dünya,
Pis ilə yaxşını seç,dost-düşməni tanı dünya.
Padşahi-Süleymana qalmayan bu fani dünya,
Onu bil ki nə sənə,nə mənə qalmaz, gözəlim.

Ah,bir gün görməyəndə necə görünür yeri,
Deyirəm nə olaydı,dönəydi o günlər geri.
Bəyənməyir nə məni,nə yazdığım qəzəl-şe`ri,
Mənim tək boş-boşuna xəyala dalmaz gözəlim.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu