Gözele Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Gözele

Şıltaq xatirələr qapımı döyür,
Gah da pəncərədən girir gizlicə.
Hərəsi bir yandan özünü öyür,
Qəlbimin kodunu qırır gizlicə.

Ilk dəfə səninlə tanış olanda,
Yavaşca adını söylədin:Gözəl.
Məktəbdə riyazi yarış olanda,
Yazımız gəzirdi bizim əlbəəl.

Gör neçə il keçib o xoş günlərdən,
Indi ikimiz də artıq nənəyik.
Həmişə görüşək toy-düyünlərdə,
Biz artıq keçilmiş bir ənənəyik.

Daha çətinliklər geridə qalıb,
Xoş ömür sürürük ailəmizlə.
Susqun xatirələr bəridə qalıb,
Sevinc, fərəh olsun ailəmizdə.

Çox gedib çıxmışam Bakıxanova,
Sən də bir bizlərə tərəf gəl, bacı.
Bizsiz darıxırmı görən el-oba,
Məsafə olmaz heç əngəl, bacı.
10.10.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu