Kim deyir pis imiş sevib-sevilmək,
Dumanmış, sis imiş sevib-sevilmək.
Nə gözəl hiss imiş sevib-sevilmək,
Dünyanın ən sirli duyğusu imiş.
Bəyaz qızılgülü dərib iyləmək,
Sevib-sevildiyin ona söyləmək...
Röyamda səninlə söhbət eyləmək,
Gözümün ən şirin uyğusu imiş.
De, necə incitdin nazlı pərini,
Gecəyə döndərdin al səhərini.
Arayıb-axtardım görüş yerini,
Bu elə məhəbbət qayğısı imiş.
Kayıt Tarihi : 6.1.2023 16:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!