Gözel duyğular Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gözel duyğular

Nə qədər ki uşaq idi,kiçik idi nə qədər,
Arzuları ürəyində mışıl-mışıl yatmışdı.
Asimana çatan ürək bəxş etmiş ona qədər,
Röyalarda ümidlərin gül ətrinə batmışdı.

Yuxularda buludların üstü ilə uçardı,
Zirvələrə hakim olan bir qartala dönərdi.
Kainatı əzizləyib mehribanca qucardı,
Günəş tək işıq saçsa da nuru çətin sönərdi.

Gələcəyi göz önündə canlanardı kitab tək,
Özü də heyran qalardı belə gözəl yozuma.
Üz tutuban Allahına söyləyərdi xitab tək,
“Tanrım,çatdır hər vaxt məni istəyimə,arzuma”.

Ağ xalatlı həkim kimi görərdi o özünü,
Əlləriylə verəcəkdi xəstə insana şəfa.
Sonda tale deyəcəkdir öz qiymətli sözünü,
Görəcəkdi ağ bəxtindən əhdə etibr,vəfa.

Əgər düşsə çətinliyə,bilir Zərifə xanım
Köməyinə çatacaqdır həm atası,qardaşı.
Qabaqlaya bilməyir ki insan gələn zamanı,
Kim olacaq görən onun uzaq yolda sirdaşı.

Hər bir qadın istəyər ki gələcək ömr yoldaşı,
Olsun igid kimi cəsur,olsun kişi tək mətin.
Insan bəzən ağır günlə,şad günlə də yollaşır,
Bu həyatın dolanbacı keşməkeşli,çox çətin.

Öz-özünə sual verir-“Kim olacaq sadiq ər,
Mənim ilə yaşayacaq xoşbəxt ömür uzunu.
Aman Allah,kimdir görən aradığım bəxtəvər”.
Birdən dondu.Xatırladı bir gəncin mərd üzünü.

Min bir sual oxuyurdu gizlin baxan baxışdan,
O gözlərdən gözlərinə atəş yaman gur yağdı.
O qoruna bilmədi ki sevgi adlı yağışdan,
Ürəyinə işıq yağdı,ürəyinə nur yağdı.

Iki gəncin məhəbbəti ülvi idi,təmizdi
Bu sevdanın saflığına dostlar heyran qalardı.
Arzuları,ümidləri ləpələnən dənizdi,
Bir ürəkdə döyünərək xoş xəyala dalardı.

Toy etdilər.Özləri tək sadə və təmtəraqsız,
Onlar üçün şadlıq dolu toy mağarı quruldu.
Aç onların ömr kitabın,oxu böyük maraqla.,
Həyatları Kür-Araz tək birləşərək duruldu.

Ailə də müqəddəsdir,peşəsi də müqəddəs,
Müqəddəs bir qadın-ana obrazıydı Zərifə.
Kədəri də müqəddəsdir,nəşəsi də müqəddəs,
Qismətindən,taleyindən çox razıydı Zərifə.

Alim kimi həkimlərin içində çox hörməti,
Ana təki keşiyində dudurdu cüt balanın.
Bilirdilər ki dost bilir hər zaman həqiqəti,
Əsla yaxın qoymaz idi,düşməniydi yalanın.

Heç vaxt qalxan eyləməzdi ərinin vəzifəsin,
Öz işiylə,öz gücüylə məşğul olardı xanım.
Ailənin üstündəydi daim isti nəfəsi,
Quş illəri yola salıb yaşa dolardı xanım.

Gözlərinin işığıydı Sevili və İlhamı,
Gecələri yatmasa da səhər erkən durardı.
Onun belə dözümünə heyran qalardı hamı,
Yorulsa da gülüşüylə yeni dünya qurardı.

Sevərdi o uşaqların,hər qayğısın çəkərdi,
Çalışardı ömür sürmək onlarçun asan olsun.
Uşaqların ürəyində nur toxumu əkərdi,
Istəyərdi övladları layiqli insan olsun.

Ağ qırçınlı göy sularda üzdü xəyal gəmisi,
Kapitana tapınaraq üz tutdu uzaqlara.
Bir gün gördü yetişibdir ülvi istək zəmisi,
Yaxşı günlər arzuladı dünənki uşaqlara.

Bir gün göz açıb gördü ki Sevili də həkimdir,
Anası tək müqəddəs işin ucundan tutub.
Bu taleyin diqtəsiylə verilən bir hökmdür,
Ürəyinə təpər gəlib,dərdi-qəmi unudub.

O qadındır,qəlbən bağlı gur işıqlı evinə,
O,alimdir: əsərləri kitab-kitab yazılıb.
O,anadır: övladların uğuruna sevinən,
Gördüyü xoş uyğuları avandına yozulub.

Illər keçdi.İlhamı da göz önündə böyüdü,
Rusiyada oxuyaraq başa vurdu təhsilin.
Qulağında cingildəyər ata,ana öyüdü,
Yalnız Vətən sevgisinə köklənərdi qəlb simi.

Bu cür gözəl uşaqları olan necə sevinməz,
Fəxr etməyə,öyünməyə dəyər Zərifə xanım.
Günəşin al şəfəqinə yalnız gecə sevinməz,
Qəbrin üstdə xalq başını əyər,Zərifə xanım.

Bir-birinin arxasınca iki toy da etdiniz,
Gözləriniz yaşla doldu çalınanda “Vağzalı”.
Qayınana olmaq kimi murada da yetdiniz,
Sən demə xoşbəxtliyin hələ gəlirmiş dalı.

Atalar hər məsəli yer-yerində,saz deyib,
Köçəri ərəblərin var-dövləti dəvədir.
Şükür,bizim varımız,dövlətimiz az deyil
Baba üçün,nənəyçün ən qiymətli nəvədir.

Nur bəxş edər dünyaya gözəl-göyçək nəvələr.
Ah,necə müqəddəsdir bu sevincin duyğusu.
Öz şirin sözləriylə əzizləyər nənələr,
Bir şikayət eyləməz,əsirgəməz qayğısın.

Bir gün yeni vəzifə verdilər yoldaşına,
Uzaq Rusiyada da tək qoymadın sən onu.
Vətən eşqi köçmüşdü sənin qan yaddaşına,
Qürbətdə haqq dünyana qovuşmaq oldu sonun.

O soyuq məzarını isitsə də əzizlər,
Ruhun Vətən göyündə qanad çalardı daim.
Bilirdin Azərbaycan sənin yolunu gözlər,
Bir gün döndün elinə.oldun əbədi sakin.

Əbədiyyət evində yerin ol behişt olsun,
Necə də narahatdır dalğın baxan gözlərin.
Anasan,istəməzsən oğullar şəhid olsun,
Yalnız mən eşidirdim pıçıldanan sözləri.

“Insanlar,qoy sülh ilə alınsın torpaq geri,
Oğlumun köməyiylə bitər ağrı-acımız.
Könüldə el həsrəti,qəlbdə Qarabağ yeri,
Şuşamızda parlasın bizim zəfər tacımız”.

Arxayın ol,ay Ana,bütövləşər Vətənim
Müharibə qurtarar,zəfər marşı çalınar.
Xatırlanar şəhidim,iz-soraqsız itənim,
Faşıst ermənilərdən qisasımız alınar.

Yolumuzu gözləyir qədim Şuşa qalası,
Üçrəngli bayrağımız zirvəsində ucalar.
Qədirbilməz xainlər ölümə yol salası,
Neçə-neçə igidim düşmənlərdən öc alar.

Məhz o Qələbə günü gəlib qəbriniz üstə,
Sizə raport verəcəm Azərbaycan adından.
Iftixarla baxaraq qoşa ucalan büstə,
Sizə də pay düşəcək könüllərin odundan.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu