Gülsən təbəssümüm yelə dönər ki,
Ağlayıb hürdürmə hicran itini.
Dünya məhvərindən elə dönər ki,
Axtarıb tapmazsan öz orbitini
Qıyma həsrətindən solub-saralım,
Çay təki səhrada itib-batım mən.
Qaraca gözünün qadasın alım,
Bir “Hə”de, röyada rahat yatım mən.
Dolanıb gəlsə də düzü-dünyanı,
Yenə məhəbbətin qəlbimə sinər.
Əzabı mənimdir, sözü dünyanın
Azacıq fərəhdən könlüm isinər.
Köksümdə döyünən ürəyim oldun,
Sənin varlığına şükür edirəm.
Bahar nəsimi tək küləyim oldun,
Arxanca kölgənə dönüb gedirəm.
Dumanlı dağların başı qar olar,
Orda yaşanacaq ən özəl anlar.
Vüsala gedən yol nahamar olar,
Bəzəsin ömrümü ən gözəl anlar.
Kayıt Tarihi : 7.1.2023 11:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!