Gözden uzak Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gözden uzak

Yaman düşüb gözdən uzaq,
Hanı mənim məhəbbətim.
Kəsər bizi şaxta, sazaq
Tanı mənim məhəbbətim.

Heç bilmirəm nə diləyim,
Bizim qara sevdamıza.
Gəl mənim ilham mələyim,
Yoxsa küsər sevdamız.Ha...

Küsər, bir də barışmaz heç,
Nazlıdır ilham mələyim.
Sevənlərə qarışmaz heç,
Paslanıb tale ələyim.

Ürəyimin dərd qapısı,
Açıqdır tövbəyə kimi.
Kimə yasağı, tabusu,
Yolumuz lövhəyə kimi.

Görən nələr yazılacaq,
Qara rəngli bu lövhədə.
Kimin adı qazılacaq,
Işıq saçan bu gövhərdə.
23.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu