Dumanım tək,çənim tək,
Durma eşqə qənim tək.
Gülüm,sən də mənim tək,
Bələn göz yaşlarıma.
Açdın gül kolu kimi,
Qalxdın dağ yolu kimi.
Sən göydən dolu kimi,
Ələn göz yaşlarıma.
Sonu var dözümün ki,
Cüt bulaq gözümünkü.
Dərdimi özününkü,
Bilən göz yaşlarıma.
Çətində haya yetən,
Özü içində itən.
Heykəl qoyun mənlə tən,
Ölən göz yaşlarıma.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!