Hey dalaşar qədər ilə,
Çaxıb gedər göz yaşlarım.
Dost-tanışa kədər ilə,
Baxıb gedər göz yaşlarım.
Yuvasından üzülər hey,
Muncuq kimi düzülər hey,
Gözlərimdən süzülər hey,
Baxıb gedər göz yaşlarım.
Könül dərdlə solan çağı,
Qəm əridər bəyaz dağı.
Boynuma duz boyunbağı,
Taxıb gedər göz yaşlarım.
Kayıt Tarihi : 29.6.2018 09:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!