Göz yaşları
Göz yaşı düşüb qovuşar torpağa,
Necə ki insan da ona qovuşur.
Məgər biz də göz yaşı deyilikmi?
Torpağa qəmdən düşən,
Qəhərdən düşən,
Ayrılıqdan düşən,
Qəlbimizdən ayrılıb düşən göz yaşıyıq.
Bizi itirən bir də qovuşmur,
Göz yaşları geri qayıtmadığı kimi.
Kədər paklanır,
Göz yaşları ilə islandıqda.
Qəhər paklayır,
Boğazda düyünlənmiş kəlmələri.
Bir damcı unutdurar əzabı, üzü güldürər,
Bir damcı isə qərq edər əzabın qaranlığına.
Göz yaşları ilə suvarmaq,
Bitirər yeni ümidləri.
Budaqlarından asılar arzular,
Yarpaqlarında titrəyər ürəklər,
Gözəlliyində qalar xatirələr.
Kayıt Tarihi : 8.4.2024 05:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!