Ayrılıqdan karıxdım,
Sənin üçün darıxdım.
Inan, görüb duruxdum,
Söz qaşında əksimi.
Sakit sular qaynamaz,
Hər zərrəsi bir almaz.
Kimsə mən tək oynamaz,
“Su sonası” rəqsimi.
Aşiqimə yarammı,
Qəm yelinə karammı.
Ürəyində varammı?
Yaddaşında şəxsimi?
Xəyallara dalmasa,
Təkcə sənə qalmasa.
Qəlbindəkin çalmasa,
O dəqiqə kəs simi.
Yeganə idin, təkdin,
Könlümdə güllər əkdin.
Əzizim, necə çəkdin,
Göz yaşında rəsmimi.
Kayıt Tarihi : 27.3.2022 08:46:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/27/goz-yasinda-resmimi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!