Yenə fikrə dalmısan sən, a dünya.
Qəmdən körpü salmısan sən, a dünya.
Gör nə günə qalmısan sən, a dünya,
Qartalın yerinə sar göz dikibdir.
Sökülübdür bu xalının ilməsi,
Qışa qaldı qarın qonaq gəlməsi.
Mənasızdır hər sözü, hər kəlməsi,
Bülbülün yerinə xar göz dikibdir.
Bağda gül əvəzi ot, qanqal əkər,
Dünyanı rəsmində baş-ayaq çəkər.
Elə ilk kəlmədən zəhərin tökər,
Insanın yerinə mar göz dikibdir.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:39:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!