Həsrətdən qəlb üzülər,
Al dodaqlar büzülər,
Yaş yağış tək süzülər,
Sən mənim göz ağrımsan.
Qayıdarmı, de, o çağ,
Qəmdən alarmı qoçaq.
Alışar ocaq-ocaq,
Sən mənim köz bağrımsan.
Palıdı cökə bilməm,
Kələfi sökə bilməm.
Vərəqə tökə bilməm,
Sən mənin söz çağrımsan.
Kayıt Tarihi : 23.12.2020 06:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
zevkle okudum
Tebrikler
TÜM YORUMLAR (1)