Göyermez Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Göyermez


Sevən qəlbi aldatmaq böyük günah,
Haqsızın cəzasın verəcək Allah.
Gah ağlayar, gah da çəkər min bir ah,
Qaralar könlümün başı , göyərməz.
Bu dünyanın qara daşı göyərməz.

Ovulmaz qəlb evim, gülüm, kəc deyil,
Sən sevə bilmədin məni, guc deyil.
Hər işi öyrənmək heç vaxt gec deyil,
Yayda ağac əkər naşı , göyərməz.
Bu dünyanın qara daşı göyərməz.

Unudub səsinin qəm ahəngini,
Həsrətlə gözlərəm hərdən zəngini.
Dəyişməz heç zaman doğma rəngini,
Üzüyümün yaşıl qaşı göyərməz.
Bu dünyanın qara daşı göyərməz.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu