Çətin məni eşidəcək,
Səsli-küylü toydu payız.
Ağacları üşüdəcək,
Yarpaqları soydu payız.
Vurğunudur macəranın,
Əzbər bilir şəcərəni.
Taqqıldadıb pəncərəni,
Küləyiylə söydü payız.
Dəniz kamına yetməmiş,
Sular qoynuna getməmiş.
Hələ isti yay bitməmiş,
Qapımızı döydü payız.
Mən ki meyvə nübarlıyam,
Ilk heyvalı, ilk narlıyam.
Fəsillərdən ən varlıyam,-
Öz-özünü öydü payız.
Görüşümə gələndə yar,
Əsəbindən qaralır xar.
Minbir əlvan çaları var,
Kim deyir ki göydü payız.
Kayıt Tarihi : 27.10.2023 09:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!