Göy türklerimden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Göy türklerimden

Dağdan şəlalənin gur səsi gəlir,
Elə bil zamanın nəğməsi gəlir.
Payızın ətirli nəfəsi gəlir,
Pəncərə-pəncərə gördüklərimdən.

Hamı qohumumdur, hamı tanışım,
Birindən küsərsəm, tezcə barışım.
Nə qədər istərsən deyim, danışım,
Şəcərə-şəcərə göy türklərimdən.

Göylərin yerlərə alqışı vardır,
Torpağı doyuran yağışı vardır.
Dünyanın min bir cür naxışı vardır,
Dincələ-dincələ hördüklərimdə.
07.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2019 14:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu