GÖY QURŞAĞI
Hamı azadlıq sevir,
hamı azadlıq axtarır
bu yer üzündə.
Rəngbərəngdir azadlıq
Insanların gözündə.
Ah zavallı insan,
zavallı insan!
Rəngbərəng əsgilərə
Diz çöküb öpdün
Azadlıq yerinə.
Rəngbərəng əsgilər asdın
Məhıə-məhlə bölünmüş
Dünyanın
Çəpər dirəklərinə
Ah,zavallı insan..
Ah azadlıq acları!
Rəngbərəng əsgilər-
Azadlıq kəfəni.
Çəpər dirəklər-
Azadlıq asılmış dar ağacları..
Ah, zavallı dünya!
Hamı azadlıq axtarır.
Hamı azadlıq axtarır,bilirəm
Hamı azadlıq sevir , bilirəm.
Ama mən göyqurşağını sevirəm..
T.Tahire Megrur
Tahire MeğrurKayıt Tarihi : 19.6.2023 20:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!