Götürmez Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Götürmez

Əcəl suyun bir şərbət tək içərəm,
Yolundakı tikanları biçərəm.
Uğrunda mən şirin candan keçərəm,
Sən də mən tək eşq yolunda öl görüm,
Kədərini,sevincini böl görüm.

Kəsilibdir ah,taqətim,amanım.
Hey inildər tarım,ağlar kamanım.
Gülüm,deyən gəlib axır zamanım,
Sanırdım mənimçün səhər olarsan,
Bilməzdim öldürən zəhər olarsan.

Arzularım boğuboğulubdur bələkdə,
Kimə çəkdin bu hiylədə,kələkdə.
Ömür boyu ələnirik ələkdə,
Yaxşı gedir tez dünyadan,pis qalır.
Dağ üstündə duman qalır,sis qalır.

Sözüm yoxdur daha zalım fələyə,
Saldı məni bu duzağa,tələyə.
Xeyri yoxdur lap dönsən də mələyə,
Əzabını,əziyyətini bilirəm.
Qəlbindəki niyyətini bilirəm.

Ildırım gecənin bağrını yarır,
Qəlbimi bir qorxu,həyəcan sarır.
Xəyalım gör məni hara aparır,
Bacarırsan,kitab kimi oxu sən,
Sətirlərin azı mənəm,çoxu sən.

Yollar birləşir bax,gör nə qəribə,
Biri şərqə gedir,birisi qərbə.
Yolunu itirmiş yazıq qəribə,
Doğma şəhərimdə oxşayıram mən.
Dörd yol ayrıcında yaşayıram mən.

Sən ki qəlbi çox kövrəksən,incəsən.
Vüsalını qoymusanmı dincə sən.
Niyə etdin bu zülmü Sevincə sən.
Bil sən.bu günahı Allah götürməz,
Bu amanı,ahı vallah götürməz.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu