Bilirsənmi mən günəş tək yanıram,
Tənhalıqda təkcə səni anıram.
Xəyalını dost, pasiban sanıram.
Billəm, can atırsan mənlə döyüşə,
Görüşə gəl, görüşə gəl, görüşə.
Sandım bir gün uca göydə enərsən,
Odda yanıb kül oluban sönərsən.
Yaşıl yarpaq bir ağaca dönərsən,
Ya palıda, ya çinar, ya göyüşə,
Görüşə gəl, görüşə gəl, görüşə.
Yolumuzu gözləyir eh, güllü bağ,
Əgər gəlsən keyfim olar vallah, çağ.
Söz gülləsi ürəyimi deşir, bax.
Aşıq varmı mənim ilə deyişə,
Görüşə gəl,görüşə gəl, görüşə.
Əsil sevən sevgisini bağırmaz,
Nə bilirsən qəlbacıdan ağrımaz,
Sevən könül sevdiyini qarğımaz,
Duaçınam, dilim gəlməz söyüşə,
Görüşə gəl,görüşə gəl, görüşə.
Kayıt Tarihi : 1.6.2021 05:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!