Addımların yavaş-yavaş atılar,
Körpə təki..Sanki bircə yaşın var.
Nədən yenə qara qaşlar çatılar,
Iradənlə bərabər yaddaşın var.
Insan oğlu adamlıqdan xəbərdar,
Gördüyünə tamahını salarmı.
Ömür boyu sevdiyinə vəfədar,
Yar yarından bir gün ayrı qalarmı.
İltimas yaz, bəlkə düşdün əvfimə,
Beş, on il də görüşməsək nə olar.
Uzaqdanca fələk gülür səhvimə,
Bir ah çəksəm bəlkə gözləri dolar.
Dalğalarım döyəcləyir sahili,
Hər dəfə də sarı qumu sovurur.
Neynəyirəm bunca avam, cahili
Bir sözüylə od-alovda qovurur.
Zaman da qorxur ki gecikə bilər,
Vədəli, vədəsiz görüş yerinə.
Yamyaşıl çəməni könlündən silər.
Döndərər atların örüş yerinə.
Kayıt Tarihi : 28.3.2021 17:16:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/03/28/gorus-yerine.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!