Pis günlər tez ötüşüb,
Küsülülər öpüşüb.
Sanma qaranlıq düşüb,
Fonda gülüş görürəm.
Ürəyində cızılım,
Ocağında qızınım,
Dəbdən düşüb qızılı,
Donda gümüş görürəm.
Ay adımı anmayan,
Dərd-sərimə yanmayan.
Kart düzürəm yanbayan,
Sonda görüş görürəm.
05.12.2018
Kayıt Tarihi : 5.12.2018 20:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!