Görürüm ki Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Görürüm ki


Görürəm ki gözündən,
Yenə bahar tökülür.
Görürəm ki közündən,
Üfüqdə dan sökülür.

Indi sənin qüdrətin,
Yenilməzdir, əzizim.
Həsrətin zəfərinə,
Yolverməzdin, əzizim.

Nə verdi ki ayrılıq,
Nə verdi ki eh, bizə.
Qəmdən necə sıyrılaq,
Axıb getsin dənizə.

Indi mənim ümidim,
Gəlişinə bağlıdır.
Sən ey yağmur buludum,
Yağdığın eşq nağlıdır.

Hər damlan bir hekayət,
Yağır torpaq üstünə.
Bir gün göyərib əlbət,
Dönəcək eşq büstünə.

Bu büstə baxanların
Gözləri yaşaracaq.
Su kimi axanların,
Yerləri boş qalacaq.

Qalacaqdır tarixdə,
Həqiqi sevgililər.
Məhəbbətin qiymətin,
Zəmanə yaxşı bilər...

Sevinc Arzulu
Kayıt Tarihi : 9.1.2020 08:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu