Ürəyim “pırr” edib sənə uçacaq,
Əllərim torpağı yaman qucacaq.
Ruhum fəzalarda qanad açacaq,
Səni gözlərimdə görmüşəm bu gün.
Dilimin söhbəti.hər sözü səndin,
Ocaqda atəşi, od-közü səndin.
Sevdalı qəlbimin,yar, özü səndin
Səni gözlərimdə görmüşəm bu gün.
Günəşi səmada sən əyləmisən,
Bir dön bax geriyə, gör neynəmisən.
Qəlbimdə yamanca yer eyləmisən,
Səni gözlərimdə görmüşəm bu gün.
Kayıt Tarihi : 12.3.2020 14:09:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/12/gormusum-bir-gun.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!