Yamanca vurubdur vurğu evləri,
Bir yandan talayır qurğu evləri.
Dönüb baxdığımda qarğı evləri,
Torpağın üstünə düşən görmüşəm.
Yalancı dünyada sadiq dost hanı,
Əzizim, dostunu yaxşı bil, tanı.
Atəşdən yaranan xəbis şeytanı,
Cəhənnəm odunda bişən görmüşəm.
Mundar xislətlidir, yox ki heç tayı,
Görüm günü-gündən azalsın sayı.
Torpağın üstünü süpürən hayı,
Torpağın altını eşən görmüşəm.
Yamanca əsir bax həsrət yelləri,
Xaraba qoyubdur abad elləri.
Eh, evi yıxılsın qara sellərin,
Sənin də dəyişib peşən, görmüşəm.
Dünya boyda olsa da , adı-sanı,
Qəbul olmur pis adamın ehsanı,
Günü-gündən robotlaşan insanı,
Nə ağlar görmüşəm, nə şən görmüşəm.
Kayıt Tarihi : 19.1.2022 06:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!