Susub ürəyimin gizli guşəsi,
Orada ilanlar yatmır qəlbin tək.
Solubdur ömrümün tər bənövşəsi,
O çiçək bitəcək yalnız qəbrimdə.
Bəzən səadətin uzalı əli,
Sənə yol gəlsə də çatammayır ki.
Dünyanın ən parlaq, qiymətli ləli,
Ağrıyan başını qatammayır ki.
Üzür ürəyimi, üzür dostların,
Bəzən yersiz sözü, haqq-nahaq sözü.
Şəninə deyilmir daha tostları,
Yenə də günahkar qalırsan özün.
Intiqam yoluyla hey getsən də sən,
Ürəyin buna yol verməyəcəkdir.
Özünü yandırıb kül etsən də sən.
Bir kimsə bu külü görməyəcəkdir.
Kayıt Tarihi : 10.12.2019 06:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!