Ömrün sonunu görmüşəm,
Qəmin donunu görmüşəm.
Dərdin onunu görmüşəm,
Yüzünü görmək istəmirəm.
Nə istərsən axı məndən,
Uzaq durmam duman, çəndən.
Elə zəhləm gedir səndən,
Üzünü görmək isrəmirəm.
Özün bürün palanına,
Qayğına çox qalanına.
Öyrənmişəm yalanına.
Düzünü görmək istəmirəm.
Kayıt Tarihi : 30.6.2018 09:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!