Gizlin kaş kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gizlin kaş kimi

Düşün sən əzizim, soyuq baş kimi,
Ani heyrət kimi,gizlin kaş kimi.
Sən sına bilərsən yumşaq daş kimi,
Dözməzsən həsrətin gərginliyinə.

Bəzən ayağının üstdə durarsan,
Xarın ayağına daş da vurarsan.
Bir anda neçə cür plan qurarsan.
Heyranam duyğunun zənginliyinə.

Masmavi buludlar “gəl”- deyər sənə,
Qorxarsan görənlər nə deyər sənə.
Sevdiyin bir gözəl “hə” deyər sənə,
Qalxarsan göylərin ənginliyinə.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu