Gizli tebessümün Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gizli tebessümün

Dostum, gəl keç dünyamızı.
Addımla, seç dünyamızı.
Bəzəyər iç dünyamızı,
Sənin gizli təbəssümün.

Çox ağırdır xar tənəsi,
Hər birisi qar dənəsi.
Sevgilərin təntənəsi,
Sənin gizli təbəssümün.

Yazılmayan tərs xanədir,
Azılmayan tərsanədir.
Dildə gəzən təranədir,
Sənin gizli təbəssümün.

Sadiqdir öz aşiqinə,
Qəlbindəki ilk eşqinə.
Yığar bizi işığına,
Sənin gizli təbəssümün.
Şeriyyətdə təcəssümün.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu