Nur olub masmavi dənizə axdım,
Qısqanc dalğaları yandırıb-yaxdım.
Dönüb gözlərinin içinə baxdım,
Qəlbimi titrətdi gizli təbəssüm.
Ay külək, səsimi dünyamıza yay,
Dostlarım versinlər harayıma hay.
Tanrım sevənlərə göndəribdi pay,
Nə böyük fitrətdi gizli təbəssüm.
Ayrılıq, ay aman,əyər dözümü,
Atəşə çevirər çınqı közümü.
Elə ilk anlamda deyər sözünü,
Ən böyük qüdrətdi gizli təbəssüm.
Məhəbbət ucalar ən ali hiss tək,
Qəlbini isidər min arzu, istək.
Sevgiyə munisdir, vüsala dəstək,
Həsrətə nifrətdi gizli təbəssüm.
Salar yadımıza bir gör nələri,
Canladar gözümdə əfsanələri.
Oyadar mürgülü xatirələri,
Keçmişə hicrətdi gizli təbəssüm.
Kayıt Tarihi : 8.1.2023 16:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!