Daha danışmayaq sülhdən, barışdan,
Uduzub çıxdım,eh, mən bu yarışdan.
Uzaqda durub da yaddan, tanışdan,
Səni sevməyimi gizlətdim, dostum.
Fələk sevdiyimi elimdən çalıb,
Qəlbimə illərin qəmini salıb.
Gör necə kadrlar arxada qalıb,
Filmimi sonadək izlətdim, dostum.
Meh vurub arxayın yolan kəkiləm,
Qara gözlərindən kənar çəkiləm.
Baxaraq saralıb solan şəkilə,
Könlümün başını közlətdim, dostum.
Qəfildən əsdi bax, acı küləklər,
Qəlbimdə qaldı,ah, arzu-diləklər
Cənnət qapısında huri-mələklər,
Eh, səni necə də özlətdim, dostum.
Düşürtdüm başımdan şahlıq tacını,
Tapmadım dərdimin heç əlacını.
Danışıb hamıyı ağrı-acımı,
Sevən ürəkləri sızlatdım, dostum.
Görən yer verərmi vaxtsız qonağa,
Qapılım təmirsiz qara otağa,
Sahibi gəlməyən soyuq yatağa.
Orada özümü buzlatdım, dostum.
Görürsən, neynədi dərd Sevincini?
Elin sakitini, evin dincini.
Alıb da əlimə qəm qılıncını,
Dağları çaparaq düzlətdim, dostum.
Kayıt Tarihi : 6.10.2020 11:54:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/10/06/gizledim-dostum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!