Axtarıram xeyli vaxtdır,
Halı üzgünü gəzirəm.
Bilirəm ki sözü haqdır,
Andı düzgünü gəzirəm.
Hazırsan göydə çaxmağa,
Qəlbimi oda yaxmağa.
Qəmli üzümə baxmağa,
Qara güzgünü gəzirəm.
Göy gölünün qu sonası,
Suyun üstünə qonası.
Itib ömrümün mə`nası,
Sənli yüz günü gəzirəm.
Həmdəm olar ay,günəş də
Hicran ilə çıx güləş də.
Pərvanəm yanıb atəşdə,
Halı küskünü gəzirəm.
Saralıb çəmən də,düz də
Al badəmə zəhər süz də.
Hər simada,hər bir üzdə
Sənin cizgini gəzirəm.
Kayıt Tarihi : 11.6.2018 10:43:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!