O ötən günləri geriyə gətir,
Heç əskik olmasln eşq dolu ətir.
Yazılır sözbəsöz, sətirbə sətir
Könlümdə sevginin nəvası gəzir.
Yaxşının üzünü “eh” pis eyləyir,
Sinəmin odundan şeh his eyləyir.
Qarğa da özünü şah hiss eyləyir,
Təpədə bir qartal yuvası gəzir.
Kaş mənim dərdimə sərin yetməyə,
Vüsal üzdə üzə, dərin getməyə.
Yayın istisini sərin etməyə
Başımda payızın havası gəzir.
31.07.2013
Kayıt Tarihi : 9.6.2018 17:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!