Geyib, oturub Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Geyib, oturub

Heyifdir, başına çəkmə qalxanı,
Ildırım sevməyir ondan qorxanı.
Bu gecə göylər də nehrə çalxayıb,
Bulud qaymağını yeyib, oturub.

Nə olar, həsrətdən ölmə də demir,
Söz-söhbət edərlər, gəlmə də demir.
Sevib-seçdiyindən kəlmə də demir,
Eh,darıxdığını deyib oturur.

Deyəsən ağırdır vüsalın daşı,
Çəkisi azalmır, artdıqca yaşı.
Mənəm-mənəm deyir xar addımbaşı,
Dava libasını geyib, oturub.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2020 06:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu