Qoşa adı daşa oymaz,
Rəngləməklə ürək doymaz.
Bir-birini tənha qoymaz,
Hey dən yağar dən üstünə.
Vülkan qara kül bürünər,
Düzənliklər gül bürünər.
Dağlar yenə tül bürünər,
Duman gələr çən üstünə.
Tikanlıdır kirpin sənin,
Daş döşəli körpün sənin.
Vüsal kiçik körpən sənin,
Çox da getmə sən üstünə.
Kayıt Tarihi : 20.6.2018 16:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!